...

Pakistanda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 4 nəfər ölüb

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 05:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın şimal-qərbində, Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze özünü partladaraq azı 4 təhlükəsizlik əməkdaşının ölümünə, 5 nəfərin isə yaralanmasına səbəb olub.

Trend-in məlumatına görə, bu barədə “Associated Press” polisə istinadən xəbər yayıb. İnsident Şimali Vəziristanın Əfqanıstanla sərhəd yaxınlığındakı Mir Əli bölgəsindəki nəzarət-buraxılış məntəqəsində baş verib.

Partlayıcı ilə yüklənmiş avtomobil hüquq-mühafizə postuna çırpılıb, nəticədə 4 nəfər həlak olub, daha 5 nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Bəzi media orqanları isə iki əsgər, dörd polis zabiti və iki mülki şəxs də daxil olmaqla səkkiz nəfərin öldüyünü bildirir.

Terror hücumuna görə məsuliyyəti qadağan edilmiş "Təhrik-i-Taliban" qruplaşmasına bağlı yaraqlıların öz üzərlərinə götürdüyü bildirilir. Hadisə, regionda artan terror aktları və təhlükəsizlik təhdidlərinə bir nümunədir.

Xəbər lenti

Xəbər lenti