Bakı. Trend:
İspaniyanın şərqindəki Valensiyada daşqınlar nəticəsində ölənlərin sayı 202-ə çatıb.
Trend xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Fövqəladə hallar xidmətləri, xilasedicilər və hərbçilər axtarış işlərini və təbii fəlakətin təsirlərinin aradan qaldırılmasını davam etdirirlər.
Qeyd edək ki, oktyabrın 29-da İspaniyada intensiv yağışlar avtomobil, dəmir yolu və hava əlaqələrini pozub.