Bakı. Trend:
Polşa 2030-cu ilə qədər İyirmilik Qrupuna (G20) qoşulmağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski açıqlama verib.
Nazir YouTube kanalında yayımlanan Qdanskda açıq mühazirədə bildirib ki, "Polşa bu onilliyin sonuna qədər G20-yə daxil olmalıdır" və Varşavanın buna hər cür imkanı olduğunu vurğulayıb. "O zaman biz BMT-nin ən mühüm və ən zəngin dövlətlərinin 10%-i arasında olardıq", - diplomat əlavə edib.
Daha əvvəl, həm Sikorski, həm də Polşa Prezidenti Andjey Duda, Polşanın G20-yə qoşulmaq ambisiyalarından bəhs ediblər, lakin onlar bu məqsədi daha uzun müddət ərzində reallaşdırmağı nəzərdə tutublar.
G20 1999-cu ildə, Berlində keçirilən konfransda yeddi aparıcı sənayeləşmiş ölkənin maliyyə nazirlərinin təşəbbüsü ilə yaradılıb. Məqsəd, qlobal çağırışlara cavab vermək üçün böyük inkişaf etməkdə olan ölkələri tədbirlərin hazırlanması prosesinə cəlb etmək olub. Hal-hazırda G20-nin üzvləri 19 ölkədən ibarətdir (təsisçi ölkələr və əlavə olaraq Avstraliya, Argentina, Braziliya, Hindistan, İndoneziya, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Cənubi Afrika və Cənubi Koreya) və həmçinin Avropa İttifaqı və Afrika Birliyi təşkilatları da G20-yə daxildir.