...

19 ay davam edən münaqişə zamanı 3 milyondan çox insan Sudanı tərk edib

Dünya xəbərləri Materials 9 Noyabr 2024 04:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

19 aydır davam edən silahlı qarşıdurma nəticəsində ölkələrini tərk etməyə məcbur olan sudanlıların sayı bu həftə 3 milyon nəfəri keçib.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Xarici Əlaqələr üzrə direktoru Dominik Hayd məlumat verib. O, Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, artıq il yarımdan çoxdur ki, Sudanı əhatə edən amansız zorakılıqlar və genişmiqyaslı insan haqları pozuntuları davam edir, hər dəqiqə minlərlə insan müharibə və zorakılıq nəticəsində həyatını itirir.

Hayd, Sudandan köçün rekord səviyyəyə çatdığını qeyd edərək, oktyabr ayında yalnız Çada təxminən 60 min sudanlı qaçqının gəldiyini bildirib. BMT Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü vurğulayıb ki, bu, "dünyanın ən böyük fövqəladə halları"ndan biridir, lakin həm də "ən az ictimaiyyətə çatdırılan və ən az maliyyələşdirilənlərdən" biridir.

Hayd beynəlxalq ictimaiyyətdən əhəmiyyətli maliyyə dəstəyi olmadan, bu münaqişənin regional sabitliyə təhlükə yaratmağa davam edəcəyini xəbərdar edib. O, əlavə edib ki, Sudanın 1,5 milyard dollarlıq qaçqınlara cavab planı hazırda yalnız 29% maliyyələşdirilib.

Xəbər lenti

Xəbər lenti