...

Pakistan və Çin birgə antiterror təlimləri keçirəcək

Dünya xəbərləri Materials 19 Noyabr 2024 21:00 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Çin Silahlı Qüvvələrinin qərb döyüş komandanlığı öz hərbçilərini noyabrın sonundan dekabrın ortalarına qədər davam edəcək terror əleyhinə birgə təlimlərdə iştirak etmək üçün Pakistana göndərəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÇXR Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, “Warrior-VIII” adlı təlimlər zamanı tərəflər çoxprofilli bölmələrin iştirakı ilə qarışıq manevrlər keçirəcək, həmçinin real döyüş prosesinə uyğun olan təlimlərdə iştirak edəcəklər.

İndiyədək hər iki ölkənin hərbçiləri yeddi analoji təlim keçiriblər. Bu təlimlərin məqsədi təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsi, həmçinin müştərək əməliyyatlar üçün potensialı artırmaq olub.

Qeyd edək ki, Pakistan ilə Çininin sonuncu birgə antiterror təlimi 2019-cu ildə baş tutub.

Xəbər lenti

Xəbər lenti