...

ABŞ Dövlət Departamenti və USAİD vasitəsilə bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini dayandırıb

Dünya xəbərləri Materials 25 Yanvar 2025 05:00 (UTC +04:00)
ABŞ Dövlət Departamenti və USAİD vasitəsilə bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini dayandırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departament və USAİD tərəfindən və ya onların vasitəsilə maliyyələşdirilən xarici yardım proqramları 90 gün müddətinə dayandırmaq barədə qərar qəbul edib.

Trend xəbər verir ki, bu addım Prezident Donald Trampın verdiyi müvafiq sərəncamın icrası məqsədilə atılıb. Dövlət katibi Marko Rubio tərəfindən təsdiqlənən sənəddə bildirilir ki, mövcud xarici yardımlarla bağlı qərar dərhal həyata keçiriləcək və dövlət katibi nəzərdən keçirənə qədər qüvvədə qalacaq.

Ümumilikdə, Marko Rubio növbəti 85 gün ərzində vəziyyəti nəzərdən keçirdikdən sonra proqramların davam etdirilməsi, dəyişdirilməsi və ya dayandırılması ilə bağlı qərarlar veriləcək. O vaxta qədər Marko Rubio tərəfindən müəyyən istisnalar təsdiq edilə bilər.

Dövlət Departamentinin Xarici Yardım Bürosu tərəfindən hazırlanan sənəddə yalnız İsrail və Misirin hərbi maliyyələşdirilməsi ilə bağlı istisna tətbiq ediləcəyi bildirilir. Sənəddə başqa ölkələrin, o cümlədən Ukraynanın adı qeyd olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti