Bakı. Trend:
Braziliyanın San-Paulu şəhərində baş verən güclü daşqınlar azı 96 nəfərin ölümünə səbəb olub.
Trend-in məlumatına görə, bu barədə CNN məlumat yayıb. Daşqınlar şəhərin infrastrukturuna ciddi zərər vurub, yollar və metro su altında qalıb.
İnsidentlə əlaqədar yerli hakimiyyət fövqəladə vəziyyət elan edib.