...

ABŞ-də USAID-da çalışan 50 dövlət qulluqçusu işdən kənarlaşdırılıb

Dünya xəbərləri Materials 28 Yanvar 2025 11:08 (UTC +04:00)
ABŞ-də USAID-da çalışan 50 dövlət qulluqçusu işdən kənarlaşdırılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Agentliyində (USAID) çalışan 50 dövlət qulluqçusu müvəqqəti olaraq işdən kənarlaşdırılaraq, ödənişli məzuniyyətə göndərilib.

Trend xəbər verir ki, bu haqda NBC News USAID-dən olan mənbələrə istinadən məlumat yayıb.

“Biz USAID-də prezidentin fərmanlarının icrasından yayınmağa yönəlmiş kimi görünən bir sıra fəaliyyətlər aşkarlamışıq <...> Bununla əlaqədar, biz bir sıra USAID işçilərini yoxlamalar bitənə qədər tam əmək haqqının və nəzərdə tutulan güzəştlərin təmin edilməsi ilə qeyri-müəyyən müddətə inzibati məzuniyyətə göndərilməsinə qərar vermişik”, -deyə NBC News USAID rəhbəri Ceyson Qreyin göndərdiyi elektron məktubun mətnindən sitat gətirib.

Bundan bir neçə gün əvvəl ABŞ dövlət katibi Marko Rubio bütün xarici yardımların maliyyələşməsi ilə bağlı bütün proqramların 90 gün müddətinə dayandırılmasına göstəriş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti