...

Avrozonada işsizlik faizi artıb

Dünya xəbərləri Materials 30 Yanvar 2025 16:56 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avrozonada işsizlik səviyyəsi dekabr ayında 6.3%- a yüksəlib.

Trend xəbər verir ki, bu haqda Avrostatın (Eurostat) mətbuat xidməti məlumat yayıb.

Avropanın ali statistik qurumunun məlumatına əsasən, noyabr ayında bu göstərici 6.2%-ə bərabər olub.

İşsizlik səviyyəsi Avropat İttifaqında da yüksəlib. Belə ki, 2024-cü ilin noyabr ayından dekabr ayına kimi bu göstərici 5,8%-dən 5,9%-ə qalxıb.

2024-cü ilin sonuna olan statistikaya əsasən, Avropa İttifaqında qeydiyyata alınmış işsizlərin sayı 12,978 mln nəfər təşkil edib. Onlardan 10,930 mln nəfəri Avrozonanın payına düşür.

Xəbər lenti

Xəbər lenti