...

Rusiyanın ən təhlükəli aeroportları açıqlandı

Dünya xəbərləri Materials 17 Fevral 2025 11:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyanın Soçi, İrkutsk və Murmansk hava limanları texniki xarakteristika baxımından pilotlar üçün ölkənin ən təhlükəli aeroportları sayılır.

Trend xəbər verir ki, təhlükəli hava limanlarının siyahısı Rusiyanın Tur Operatorları Assosasiyası tərəfindən tərtib olunub.

Təhlildə qeyd olunur ki, Rusiya təhlükəsiz olmayan və ya ekstremal aerodromlar yoxdur.

“Buna baxmayaraq, Rusiyanın hava limanlarının, təyyarələrin idarə olunması çətinliyi ilə şərtlənən özünəxas “xarakteri” var”, - deyə təhlildə bildirilir.

Ən təhlükəli aeroportların siyahısında birinci yerdə Soçinin “Adler” hava limanı gəlir. Sözügedən aeroportda təyyarələr yalnız dəniz tərəfdən qalxıb-enməli olur. Bu səbəbdən aeroport tez-tez əlverişsiz hava şəraiti ucbatından bağlanmalı olur.

Siyahıyada növbəti gələn İrkutsk aeroportunda laynerlər sıx yaşayış massivinin yerləşdiyi tərəfdən enməli olur. Murmanskda isə pilotların işinə şiddətli küləklər əngəl törədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti