...

İsveçdə işsizlik səviyyəsi tarixi rekorda yaxınlaşır

Dünya xəbərləri Materials 17 Fevral 2025 15:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsveçdə cari ilin yanvar ayında işsizlik səviyyəsi gözlənilmədən 10,4% artaraq az qala tarixi rekord göstəriciyə yaxınlaşıb. 2021-ci ilin iyun ayında ölkədə işsizlik səviyyəsi ən yüksək həddə - 10,5% civarında olub.

Trend xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, cari göstəricilər İsveç iqtisadiyyatı üçün daha bir şok olub. Belə ki, İsveçin mərkəzi bankı sayılan Riksbank yanvar ayının sonunda uçot dərəcəsini illik 2,25%-ə qədər azaltmışdı. Uçot faizi ardıcıl üç iclasın yekunları əsasında endirilmişdi.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında İsveçdə işsizlik səviyyəsi 8,5 faiz, dekabr ayında 8 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti