...

"Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi Aya eniş edib

Dünya xəbərləri Materials 3 Mart 2025 08:35 (UTC +04:00)
"Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi Aya eniş edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin "Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi Aya eniş edib.

Trend xəbər verir ki, bu barədə NASA "X" sosial şəbəkəsində məlumat yayıb.

Modulun iki həftə ərzində aktiv şəkildə işləyəcəyi qeyd olunur. Aya eniş aparatı, yanvarın 15-də "SpaceX"-in "Falcon 9" raketi vasitəsilə buraxılıb.

Onun göyərtəsində NASA-nın tədqiqat avadanlığı və aləti yerləşdirilib ki, bu da Ay haqqında bilikləri artırmağa və gələcək missiyalara hazırlıq üçün istifadə ediləcək.

Xəbər lenti

Xəbər lenti