Bakı. Trend:
Kanada 155 milyard dollarlıq ABŞ mallarına qarşı 25 faiz rüsum tətbiq edəcək.
Trend xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo keçirdiyi mətbuat konfransında deyib. O, ABŞ-ın Kanadaya tətbiq etdiyi və qüvvəyə minən rüsumlar üçün heç bir əsasın və zərurətin olmadığını deyib.
“Birləşmiş Ştatlar ən yaxın tərəfdaşı və müttəfiqi olan Kanadaya qarşı ticarət müharibəsi başladı. Kanadalılar ağıllı və nəzakətlidir, lakin biz mübarizədən geri çəkilməyəcəyik”, - deyə Baş nazir bildirib.
Castin Trüdonun sözlərinə görə, 30 milyard dollar dəyərində ABŞ mallarına dərhal, digər 125 milyard dollarlıq mallara isə 21 gün ərzində rüsum tətbiq ediləcək.
O, əlavə edib ki bu tariflər ABŞ-ın tarifləri geri götürülənə qədər qüvvədə qalacaq.