...

"Apple" Britaniya hökumətini məhkəməyə verib

Dünya xəbərləri Materials 7 Mart 2025 11:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Apple” korporasiyası istifadəçilər üçün şifrələnmənin deaktivləşdirilməsi tələbinə görə Britaniya hökumətini məhkəməyə verib.

Trend xəbər verir ki, bu haqda “Financial Times” (FT) yazır.

Fevral ayında “The Washington Post”da olan mənbələr Britaniya hökumətinin “Apple” dan istifadəçilərin məlumatların şifrələnməsini söndürməsini və onların informasiyasına sürətli çıxışı təmin etmək üçün “bekdor” yaratmağı tələb etdiyini yazırdı. Martın əvvəlində “Apple” bu tələblə əlaqədar Böyük Britaniyanın müstəqil məhkəmə orqanı olan İstintaq Səlahiyyətli Tribunalına şikayət ərizəsi təqdim edib.

Adı çəkilən məhkəmə başlıca olaraq güc strukturları ilə bağlı şikayətlərə baxır.

Mənbələrin iddiasına əsasən, Amerika IT nəhənginin şikayətinə bu ayın sonuna kimi baxıla bilər. Tribunal Böyük Britaniya daxili işlər nazirliyinin bu tələbini qanunsuz hesab etsə, “Apple” həmin sərəncamın ləğv olunmasına nail ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti