Bakı. Trend:
ABŞ və Ukrayna nümayəndə heyətləri martın 12-də Səudiyyə Ərəbistanında görüş keçirəcəklər.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalının müxbiri mənbələrə istinadən bildirib.
"İki mənbə mənə bildirib ki, yüksək səviyyəli Amerika və Ukrayna rəsmiləri gələn çərşənbə günü Səudiyyə Ərəbistanında görüşəcəklər", - deyə o bildirib.
Qeyd olunub ki, görüşmək barədə razılıq dünən əldə olunub.