...

Tramp İraqda İŞİD liderinin öldürüldüyünü bildirib

Dünya xəbərləri Materials 15 Mart 2025 08:27 (UTC +04:00)
Tramp İraqda İŞİD liderinin öldürüldüyünü bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İraqda İŞİD qruplaşmasının liderlərindən birinin məhv edildiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"İŞİD-in İraqdakı fərari lideri bu gün öldürülüb. İgid hərbçilərimiz onu durmadan ələ keçirməyə çalışırdılar", - deyə Tramp yazıb.

O, həmçinin qeyd edib ki, əməliyyat İraq hökuməti və İraq Kürdüstanının hakimiyyət orqanları ilə koordinasiya əsasında həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti