...

İqlim dəyişikliyi ilə mübarizə üçün ciddi səy göstərəcəyik - Fridrix Merz

Dünya xəbərləri Materials 16 Mart 2025 17:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Xristian Demokrat və Xristian Sosial İttifaqlarından (XDB/XSB) kansleri namizədi Fridrix Merz, kansler olarsa, iqlim dəyişikliyi ilə mübarizə sahəsində ciddi addımlar atacağını bildirib.

Trend xəbər verir ki, Fridrix Merz bu barədə "Bild am Sonntag" qəzetinə verdiyi müsahibədə məlumat verib.

"Bu gün hələ kansler deyiləm, amma zəmanət verə bilərəm ki, 'yaşıl' olmayacağam. Bununla yanaşı, ekologiya məsələlərinə ciddi yanaşan kansler olacağam", – deyə Merz vurğulayıb.

Merz, həmçinin müdafiə və infrastruktura investisiyaların vacibliyini qeyd edərək, "Bir çox vətəndaş haqlı olaraq bizdən məktəblər, xəstəxanalar və yollar üçün nəsə edəcəyimizi gözləyir. Bu, bütün bir paketdir", – deyə əlavə edib.

O, sərhəd nəzarətinin artırılması ilə bağlı Sosial Demokratlarla əldə olunan razılaşmadan da danışıb. "Biz qaçqın statusu üçün müraciətləri rədd etmək üçün SPD ilə məcburi müqavilə bağladıq. Həmçinin sərhəd nəzarətini gücləndirəcəyik və bunun üçün federal polisə daha çox kadr lazım olacaq", – Merz izah edib.

Xəbər lenti

Xəbər lenti