Bakı. Trend:
İsrail ordusu Livanda "Hizbullah" hərəkatının Radvan xüsusi təyinatlılarının qərargahını hədəfə alaraq yeni zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, zərbələr eləcə də "Hizbullah" məxsus binalara yönəlib.
"İsrail ordusu Livanın cənubundakı "Radvan" komandanlıq və idarəetmə mərkəzinə və Hizbullaha məxsus obyektlərə zərbələr endirib", - deyə bildirilib. İsrail hərbçiləri qeyd edib ki, “[bölgədə] belə terror obyektlərinin olması İsrail və Livan arasında atəşkəslə bağlı razılaşmaların kobud şəkildə pozulması deməkdir”.