...

Ağ Ev "Voice of America"da kütləvi ixtisarlara başlayıb

Dünya xəbərləri Materials 17 Mart 2025 10:15 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası hökumət tərəfindən maliyyələşdirilən "Voice of America" (VOA) media qurumunda kütləvi ixtisarlara başlayıb.

Trend “Al Jazeera”yə istinadən xəbər verir ki, yeni imzalanmış sərəncam çərçivəsində qurumun, demək olar ki, bütün əməkdaşları naməlum müddətə işdən uzaqlaşdırılıb.

Bazar günü VOA-nın müqaviləli işçiləri elektron məktub alaraq onların martın 31-dən etibarən işdən azad ediləcəkləri barədə məlumatlandırılıb. ABŞ Qlobal Media Agentliyi (USAGM) göndərdiyi bildirişdə işçilərin dərhal işlərini dayandırmalı olduğunu və agentliyin binalarına və sistemlərinə girişlərinin qadağan ediləcəyini diqqətə çatdırıb.

VOA-nın rus dilində yayımlanan bölməsində Ağ Ev müxbiri kimi çalışan Mişa Komadovski "X" platformasında paylaşdığı məlumatda faktı təsdiqləyib.

Bu qərar Trampın cümə günü imzaladığı sərəncamla əlaqəlidir. O, yalnız VOA-nı deyil, həmçinin, "Radio Free Europe", "Radio Free Asia" və daha altı federal media qurumunu də əhatə edir.

Ağ Evin açıqlamasına görə, bu addım "vergi ödəyicilərini radikal təbliğata maliyyə ayırmaqdan azad etmək" məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti