...

ABŞ və Ukrayna atəşkəsin genişləndirilməsi məsələsində irəliləməyə razılaşıblar

Dünya xəbərləri Materials 20 Mart 2025 04:12 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada atəşkəs rejiminin genişləndirilməsi üzrə irəliləyişə dair razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio və ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun birgə bəyanatında deyilib.

Bəyanatı Ağ Evin mətbuat katibi Kerolayn Levitt oxuyub.

"Prezident Tramp prezident Zelenskiyə [Rusiya lideri Vladimir] Putinlə söhbəti və [onunla telefon danışığı zamanı] müzakirə olunan əsas məsələlər barədə tam məlumat verib. Onlar Kursk vilayətindəki vəziyyəti nəzərdən keçirib və döyüş meydanında vəziyyətin inkişafı ilə bağlı silahlı qüvvələri arasında sıx məlumat mübadiləsi barədə razılığa gəliblər", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti