...

Serbiyanın Novi-Sad şəhərində vağzal binasının uçması nəticəsində ölənlərin sayı 16-ya çatıb

Dünya xəbərləri Materials 21 Mart 2025 20:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Serbiya Hərbi Tibb Akademiyası açıqlama yayıb.

Xəbərdə qeyd olunur ki, zərərçəkənlərdən biri, 2006-cı il təvəllüdlü xəstə, xəstəxanada xəsarətlərdən yaranan ağırlaşmalar səbəbindən həyatını itirib. O, hadisə zamanı ciddi xəsarətlər almışdı.

Daha əvvəl verilən məlumatlara əsasən, hadisə noyabrın 1-də Serbiyanın ikinci böyük şəhəri olan Novi-Sadın vağzal binasında baş vermişdi. 50 metrlik beton konstruksiya uçmuşdu. Dağılmanın səbəbləri hələ müəyyən edilməyib, lakin faciə nəticəsində Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç istefa verib.

Faciənin ardından ölkədə hökumət əleyhinə etirazlar başlayıb və bu günədək davam edir.

Xəbər lenti

Xəbər lenti