...

ABŞ martın 24-də NROL-69 kəşfiyyat peykini orbitə çıxaracaq

Dünya xəbərləri Materials 22 Mart 2025 16:00 (UTC +04:00)
ABŞ martın 24-də NROL-69 kəşfiyyat peykini orbitə çıxaracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Falcon 9" daşıyıcı raketi bazar ertəsi ABŞ Milli Kəşfiyyat İdarəsinin NROL-69 kosmik gəmisi ilə orbitə çıxacaq.

Trend xəbər verir ki, bu barədə daşıyıcı raketin istehsalçısı "SpaceX" şirkəti məlumat yayıb.

Raketin peyklə birlikdə orbitə çıxarılmasının Bakı vaxtı ilə 21:48-də Floridada Kanaveral burnunda ABŞ Kosmik Qüvvələrinin bazasındakı 40-cı buraxılış kompleksindən həyata keçirilməsi planlaşdırılır.

Peykin texniki məlumatları və onun orbiti haqqında məlumatlar gizli saxlanılır.

Amerikanın ixtisaslaşmış KİV-lərinin məlumatına görə, layihənin dəyəri 52 milyon dollardır, geostasionar orbitə çıxarılan aparatın çəkisi 8,3 tona çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti