...

Siyasətin küçə terroru ilə idarə olunduğu dövrlər geridə qalıb - Ərdoğan

Dünya xəbərləri Materials 22 Mart 2025 22:59 (UTC +04:00)
Siyasətin küçə terroru ilə idarə olunduğu dövrlər geridə qalıb - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müxalifət nə edirsə etsin, biz heç vaxt sağlam düşüncədən, səbrdən, sakitlikdən əl çəkməyəcəyik.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ədalət və İnkişaf Partiyasının təşkil etdiyi iftar proqramında çıxışı zamanı deyib.

"Bələdiyyələrimiz korrupsiyanın, haqsızlığın yanında yer almayacaq, bələdiyyələrimiz nəyin haqq, nəyin həqiqət, nəyin halal, nəyin haram olduğunu bilməklə xalqına xidmət edəcək. Dörd gündür ki, millətin dincliyini pozmaq, xalqımızı qütbləşdirmək üçün əllərindən gələni edirlər", - deyə Türkiyə prezidenti bildirib.

R.T.Ərdoğan bildirib ki, siyasət və ədalətin küçə terroru ilə idarə olunduğu dövrlər indi köhnə Türkiyə ilə birlikdə tamam geridə qalıb.

"Əgər cəsarətin varsa, qoy demokratiya işləsin, qanun işləsin. Əgər cəsarətin varsa, qoy demokratiya işləsin, qanun işləsin. Qoy məhkəmələr heç bir təzyiqə məruz qalmadan türk milləti adına qərar versinlər. Türkiyədə heç kim qanun çərçivəsindən kənarda deyil", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti