Bakı. Trend:
Cənubi Koreyanın cənub-şərq bölgəsində baş alan meşə yanğınlarında ölənlərin sayı 26 nəfərə çatıb.
Trend xəbər
verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Qeyd edək ko, martın 21-dən bəri meydana gələn təbii fəlakət artıq
35 mindən çox hektar sahəni əhatə edir. Fəlakət zonasında olan on
minlərlə insan təhlükəsiz ərazilərə təxliyə olunublar.
Yerli hökumət ilk yanğın ocağının meydana gəlməsinin insan faktoru
ilə əlaqədar olduğunu ehtimal etsə də, onun genişlənməsinə güclü
külək və quraq hava şəraitinin səbəb olduğunu təsdiqləyib.