...

ABŞ ilə faydalı qazıntılar üzrə sazişi Ukraynanın Aİ-yə daxil olmaq istəklərinə əngəl yaradır

Dünya xəbərləri Materials 28 Mart 2025 06:14 (UTC +04:00)

Bakı. Trend:

Ukraynanın ABŞ-la faydalı qazıntılar üzrə sazişi bu ölkənin Avropa İttifaqına (Aİ) daxil olmaq istəklərinə əngəl yaradır.

Trend-in məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, ABŞ administrasiyası yenidən işlənmiş saziş çərçivəsində bütün infrastruktur və resurs layihələrinə investisiyalar üçün “ilk təklif hüququ” tələb edir. ABŞ sərmayəsi özünü ödəyənə qədər bütün mənfəətdən əlavə illik 4% almaq hüququna malik olacaq. Ukraynanın ABŞ-ın strateji rəqibləri sayılan ölkələrə resursları satması qadağan ediləcək. Xatırladaq ki, sazişin ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətlərini dəstəklədiyini vurğulanır. Ukrayna dövlətin nəzarətində olan təbii sərvətlərdən əldə etdiyi gəlirin 50 faizini ABŞ-la birgə fonda köçürəcək. Mövcud mədən sahələri, qurğular və lisenziyalar müqavilə çərçivəsində nəzərə alınmayacaq.

Sazişin ötən ay Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri zamanı imzalanacağı planlaşdırılırdı. Lakin Prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vans ilə gərgin görüşündən sonra imzalanma təxirə düşüb.

Xəbər lenti

Xəbər lenti