Bakı. Trend:
İsrail Qəzza zolağında münaqişənin həlli ilə bağlı danışıqlara açıqdır, lakin bunun şərtləri Fələstinin "HƏMAS" hərəkatının anklavdan çıxarılması və ABŞ prezidenti Donald Trampın planına uyğun olaraq yerli sakinlərin “könüllü mühacirəti”dir.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında bildirib.
"Biz guya danışıqlar aparmırıq. Bu doğru deyil. Biz danışıqları atəş altında aparırıq və buna görə də səmərəlidirlər. Çatların görünməyə başladığını görürük. Guya biz son mərhələni müzakirə etməyə hazır deyilik. Və bu da doğru deyil. Biz hazırıq. HƏMAS silahlarını yerə qoyacaq, liderlərinə zolağı tərk etməyə icazə veriləcək, biz Qəzzada ümumi təhlükəsizliyi təmin edəcəyik və Tramp planını - könüllü mühacirət proqramını həyata keçirəcəyik", - deyə o bildirib.