...

TDT-yə üzv ölkələrin səhiyyə nazirləri Qazaxıstanın Baş naziri ilə görüşüblər

Dünya xəbərləri Materials 9 Aprel 2025 02:28 (UTC +04:00)
TDT-yə üzv ölkələrin səhiyyə nazirləri Qazaxıstanın Baş naziri ilə görüşüblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirləri Qazaxıstanın Baş naziri Olcas Bektenovla görüş keçiriblər.

Trend-in məlumatına görə, görüş zamanı TDT səhiyyə nazirlərinin Astanada keçirilən 5-ci toplantısının nəticələri müzakirə olunub. Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova iclasın yekunlarına dair məruzə ilə çıxış edib.

Tərəflər qlobal səhiyyə çağırışlarına cavab olaraq üzv dövlətlərin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıblar. Baş nazir Olcas Bektenov qeyd edib ki, yalnız koordinasiyalı fəaliyyət və sıx tərəfdaşlıq əhalinin sağlamlığını təhdid edən risklərə effektiv cavab verməyə imkan yaradır.

Görüş zamanı iştirakçı ölkələrin səhiyyə nazirləri Qazaxıstanın tibbi xidmətlərin keyfiyyətinin artırılması sahəsində əldə etdiyi irəliləyişi yüksək qiymətləndiriblər.

Növbəti iki il ərzində əməkdaşlığın əsas prioritet istiqamətləri kimi ilkin tibbi-sanitariya yardımının inkişafı, fövqəladə hallarda tibbi xidmətin təşkili, vərəm və digər yoluxucu xəstəliklərlə mübarizə, həmçinin farmakologiya sahəsində birgə fəaliyyət göstərilməsi müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti