...

Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb

Dünya xəbərləri Materials 10 Aprel 2025 08:53 (UTC +04:00)

Bakı. Trend:

Dominikan Respublikasının paytaxtında “Jet Set” gecə klubunun damının uçması nəticəsində azı 184 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə yerli “Diario Libre” qəzeti Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesə istinadən məlumat yayıb.

Xidmət rəhbəri bildirib ki, xilasetmə əməliyyatları hələ də davam edir. Mendes onu da qeyd edib ki, insanların öz yaxınlarının tapılmasını müraciət etməyə davam etdikcə ölənlərin axtarışı davam etdiriləcək.

Qeyd edək ki, Dominikan Respublikasının paytaxtı Santo Dominqoda yerləşən "Jet Set" gecə klubunun damı uçub. Nəticədə 124 nəfər ölüb, 155 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.

Hadisə ilə əlaqədar Dominikan Respublikasının prezidenti Luis Abinader ölkədə üç günlük milli matəm elan edib. Eyni zamanda, paytaxtın müxtəlif ərazilərində könüllü qanvermə aksiyaları keçirilir və donor mərkəzləri fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti