...

Türkiyədə İŞİD-ə qarşı reydlər: 100-dən çox saxlanılan var

Dünya xəbərləri Materials 11 Aprel 2025 12:57 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə İŞİD-ə üzv olmaqda şübhəli bilinən 105 nəfər hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya “X” hesabında yazıb.

“23 əyalətdə aparılan əməliyyat nəticəsində İŞİD-ə üzvlükdə şübhəli bilinən 105 nəfər saxlanılıb”, -deyə nazir bildirib.

Qeyd edilir ki, reydlər zamanı saxlanılan şəxslə başlıca olaraq terrorçu qruplaşmanın maliyyələşməsində və sosial şəbəkələrdə onun təbliğatının aparılmasında şübhəli bilinirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti