Antalya. Trend:
Avropa İttifaqına tam üzvlük, əvvəlki kimi, Türkiyənin strateji hədəfi olaraq qalmaqdadır.
Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Antalya Diplomatik Forumunun açılışında bildirib.
“Lakin qorxular, qərəzlilik və ittifaqı içəridən girov götürən bəzi oyunçuların hərəkətləri səbəbindən bizim Avropa İttifaqına üzvlük prosesimiz heç də həmişə lazımi şəkildə irəliləmir.
Üstəlik, bu gün bəzi Avropa ölkələri, təəssüf ki, 75 il əvvəl Avropa İttifaqına həyat vermiş cəsarət, strateji baxış və qətiyyəti nümayiş etdirmək iqtidarında deyillər”, – deyə o bildirib.
Ərdoğan bildirib ki, Avropa İttifaqı cari çağırışların öhdəsindən gəlmək və yeni dünya nizamında lazımınca təmsil olunmaq istəyirsə, düzgün addımlar atmalı və keçmiş stereotiplərdən özünü azad etməli, nəticə etibarilə ən qısa bir zamanda İttifaqda Türkiyəyə layiq olduğu yeri verməlidir.