...

Çin “Tyanqun” stansiyasına yeni pilotlu missiya göndərməyə hazırlaşır

Dünya xəbərləri Materials 17 Aprel 2025 00:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin yaxın günlərdə milli orbital stansiyası “Tyanqun”a üç taykonavtın yer alacağı “Şençjou-20” pilotlu kosmik gəmisini göndərəcək.

Trend-in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Pilotlu Kosmik Uçuşlar Proqramı İdarəsi (CMSA) açıqlama yayıb.

Gəmi Çinin şimal-qərbində yerləşən Szyutsyuan kosmodromundan “Çançjen-2F” daşıyıcı raketi vasitəsilə orbitə buraxılacaq. Hazırda raket və kosmik gəmi artıq start kompleksinə çatdırılıb. Buraxılışın dəqiq vaxtı və ekipaj üzvlərinin adları hələlik açıqlanmayıb.

Hazırda “Tyanqun” stansiyasının göyərtəsində taykonavtlar Say Syuçje, Sun Lindun və stansiya tarixində ilk qadın ekipaj üzvü Van Haotsze fəaliyyət göstərir.

Qeyd edək ki, “Şençjou-20” missiyası “Tyanqun” stansiyasına göndərilən sayca doqquzuncu pilotlu ekspedisiya olacaq. Stansiyaya ilk insanlı uçuş 2021-ci ildə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti