...

ABŞ-də balıqçılıq turnirində qayıqlar toqquşub – ölənlər var

Dünya xəbərləri Materials 17 Aprel 2025 18:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Alabama ştatında “Major League Fishing” adlı balıqçılıq turnirində bədbəxt hadisə baş verib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, turnirin gedişində Lüis Smit gölündə iki qayığın bir-birinə toqquşması nəticəsində azı 3 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Məlumata görə, Alabamanın hüquq mühafizə orqanları qurbanların kimliyini müəyyən edib. İnsidentin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti