...

HƏMAS girovların azad edilməsi üçün danışıqlara hazırdır

Dünya xəbərləri Materials 18 Aprel 2025 00:03 (UTC +04:00)
HƏMAS girovların azad edilməsi üçün danışıqlara hazırdır

Bakı. Trend:

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında hərbi əməliyyatların tam dayandırılması müqabilində saxladığı bütün israilli girovların azad edilməsi ilə bağlı danışıqlara başlamağa hazırdır.

Trend-in məlumatına görə, bu barədə Qəzzada təşkilatın lideri Xəlil əl-Heya deyib.

"HƏMAS saxladığımız bütün girovların və İsrail həbsxanalarında saxlanılan razılaşdırılmış sayda fələstinlinin azad edilməsi ilə nəticələnəcək danışıqlara dərhal başlamağa hazırdır. Bunun müqabilində biz xalqımıza qarşı müharibənin tam dayandırılmasını və bütün İsrail qoşunlarının zolaqdan çıxarılmasını, həmçinin Qəzzanın yenidən qurulmasına başlanmasını və oradakı blokadanın qaldırılmasını tələb edirik", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti