...

ABŞ Yaponiyaya “B-1B Lancer” bombardmançı təyyarələri göndərib

Dünya xəbərləri Materials 21 Aprel 2025 07:55 (UTC +04:00)

Bakı. Trend:

Amerikanın daha bir cüt “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Yaponiyanın Honsyu adasının şimalındakı Misava aviabazasına gəlib. Burada artıq ötən həftənin əvvəlində iki belə təyyarə yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

ABŞ Sakit Okean Komandanlığı bildirib ki, məqsəd Hind-Sakit Okean regionunda sabitliyi artırmaq üçün strateji çəkindirmə missiyalarını həyata keçirməkdir.

Yaponiyaya gəlməzdən əvvəl Amerikanın B-1B strateji bombardmançı təyyarələrinin ilk cütü Cənubi Koreya Hərbi Hava Qüvvələri ilə birgə təlimlər keçirib.

Xəbər lenti

Xəbər lenti