...

BƏƏ-də dəniz çirklənməsi - Bu çimərlik bağlandı

Dünya xəbərləri Materials 21 Aprel 2025 20:42 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliyində sahillərin neft məhsulları ilə çirklənməsi müşahidə olunur. Şarja əmirliyinin Kəlbə çimərliyi çirklənmə səbəbindəb bağlanıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Turoperatorlar Assosasiyası məlumat yayıb.

Bildirilib ki, əsasən, “Novotel Fujairah”, “Ibis Fujairah Hotel” və “Aparthotel Adagio Fujairah” hotellərinin qonaqlarının çimərlik ərazisinə girişi polis tərəfindən məhdudlaşdırılıb.

“Royal M by Gewan Hotel & Resort Al Aqah 5*” və “Al Bahar Hotel & Resort 5*” hotelinin müştərilərinə isə alternativ - "Merhbeh Beach" çimərliyi təklif olunub.

Yerli bələdiyyə bunu yeni ekoloji və inzibati tələblərlə əlaqələndirib.

Bundan bir həftə əvvəl Fuceyrə sahillərinin mazutla çirklənməsi ilə əlaqədar yerli çimərliklərin boşalması ilə bağlı məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti