Bakı. Trend:
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda Suriyanın xüsusi xidmət orqanlarının nümayəndəsi ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə S.Narışkin "TASS"a açıqlamasında deyib.
"Bakıda Əfqanıstanla bağlı konfrans keçirilib. Orada Suriya xüsusi xidmət orqanlarının rəhbərlərindən biri olub. Onunla tam konstruktiv və dostluq atmosferində görüşümüz baş tutub", - o bildirib.