Bakı. Trend:
Liviya Milli Razılıq Hökumətinə (MRH) loyal silahlı qrupların Tripolidə atəş açması nəticəsində bir neçə etirazçı yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Al Marsad" qəzeti xəbər verib.
Məlumata əsasən, minlərlə etirazçının istefasını tələb etdiyi hökumətin baş naziri Abdel Hamid Dbeibanın qərargahı qarşısında nümayişçilərə atəş açılıb.