Bakı. Trend:
ABŞ administrasiyası Rusiya və Ukrayna arasında böhranın həlli istiqamətində tərəflərin mövqelərini müəyyən qədər yaxınlaşdırmağa müvəffəq olub.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff “ABC News” telekanalına müsahibəsində bildirib.
“Belə danışıqlarda insanlar müəyyən mövqelərdən çıxış edirlər. Sənət isə tərəflər arasındakı uçurumu azaltmaqdan ibarətdir və hesab edirəm ki, biz buna müəyyən qədər nail olmuşuq”, – deyə Uitkoff vurğulayıb.
O, həmçinin ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında mayın 19-da gözlənilən telefon danışığını da şərh edib.
“İnanıram ki, Prezidentin Vladimir Putinlə telefon danışığı uğurlu olacaq. Onlar bir-birini tanıyırlar. Prezident burada nəsə etmək əzmindədir. Əgər o bunu bacarmasa, heç kim edə bilməz”, – deyə Uitkoff əlavə edib.