Bakı. Trend:
Belçikanın xüsusi xidmət orqanlarının əməkdaşları Avropa Parlamenti üzvlərinin danışıqlarını gizli dinləyib.
Trend xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, dinləmə avrodeputatların Çinin “Huawei” şirkətindən olan lobbiçilərlə apardığı danışıqlar zamanı “Anderlext” futbol klubunun stadionuna quraşdırılmış gizli cihaz vasitəsilə aparılıb.
Xüsusi xidmət orqanının agentləri dinləmə cihazını stadionun VİP lojasına quraşdırıb. Onlar, eyni zamanda, “Huawei”in aparıcı lobbiçilərindən birinin avtomobilində apardığı danışığı dinləyiblər.
Nəşrin istintaqın gedişi ilə yaxından tanış olan mənbələrinin verdiyi məlumata görə, müşahidə əməliyyatları korrupsiya ilə bağlı genişmiqyaslı istintaqın bir hissəsi olub.