...

Donald Tramp Pauelin işdən çıxarılması ilə bağlı xəbərləri təkzib etdi

Dünya xəbərləri Materials 21 İyul 2025 06:23 (UTC +04:00)
Donald Tramp Pauelin işdən çıxarılması ilə bağlı xəbərləri təkzib etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp “The Wall Street Journal” nəşrinin onun Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Paueli vəzifədən azad etməməsi üçün maliyyə naziri Skott Bessentin təsir göstərməsi barədə iddialarını təkzib edib.

Trend xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib.

“The Wall Street Journal”ın dərc etdiyi yalançı məqalədə deyilir ki, Scott Bessent guya mənə Cerom Pauelin işdən çıxarılmasının bazar üçün pis olacağını deyib. Heç kim mənə bunu izah etməyib”, – deyə o qeyd edib.

Tramp vurğulayıb ki, ABŞ üçün nəyin daha faydalı olduğunu hamıdan yaxşı bilir və onun rəhbərliyi olmasaydı, Amerika bazarları çökə bilərdi.

Xəbər lenti

Xəbər lenti