Bakı. Trend:
“Netfix” Britaniya şahzadəsi Harri və onun həyat yoldaşı Meqan Marklla yeni müqavilə bağlamayacaq. Buna səbəb onlaırn öncəki layihələrinin iflasa uğramasıdır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, "Netflix"də 2025-ci ilin birinci yarısı ərzində yayımlanan proqramlar arasında "With Love, Meghan" şousu ilk 300-ə düşməyib, şahzadə Harrinin polo haqqında sənədli filmi isə 7 min layihə arasında cəmi 3436-cı yeri tutub.
Şirkətdən anonim mənbənin bildirdiyinə görə, müqavilə artıq “ölü” hesab olunur. Onun fikrincə, reytinqlərin aşağı olması səbəbindən Harri və Meqan müqavilədən məhrum olacaqlar.
“With Love, Meghan” layihəsinin ikinci mövsümü elan olunsa da, "Netflix" cütlük ilə 100 milyon dollarlıq müqaviləni yeniləməyi planlaşdırmır.