...

Məşhur musiqiçi Flako Ximenez vəfat edib

Dünya xəbərləri Materials 3 Avqust 2025 06:44 (UTC +04:00)
Məşhur musiqiçi Flako Ximenez vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı müğənni və akordeon ifaçısı, "Rolling Stones" və Bob Dylan kimi əfsanəvi sənətçilərlə əməkdaşlıq etmiş Leonardo “Flaco” Ximenez 87 yaşında dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə “The National World” məlumat yayıb.

Musiqiçi iyulun 31-də ailəsinin əhatəsində vəfat edib. O, bir neçə ay əvvəl xəstəxanaya yerləşdirilmişdi.

“Flako” (ispan dilində “arıq”) ləqəbini o, incə bədən quruluşuna görə almışdı. Ximenez karyerası ərzində altı dəfə “Grammy” mükafatına layiq görülüb, iyirmidən çox albom buraxıb və Tejano musiqisinin inkişafında mühüm rol oynayıb. Bu janr əsasən Texasda yaşayan Meksika-Amerika icmaları arasında populyar olub.

Onun musiqisi və irsi bu gün də minlərlə insan üçün ilham mənbəyidir.

Xəbər lenti

Xəbər lenti