Bakı. Trend:
Argentinalı hücumçu, “İnter Mayami” futbol klubunun şərəfini qoruyan Lionel Messi Liqalar kuboku çərçivəsində “Nekaks” (Meksika) klubuna qarşı keçirdiyi ev oyununda sağ ayağından xəsarət alıb: canlı futbol əfsanəsi ayaq əzələsini zədələyib.
Trend xəbər verir ki, bu barədə “İnter Mayami” futbol klubunun mətbuat xidməti məlumat yayıb.
Argentinalı görüşün 11-ci dəqiqəsində əvəzlənib. Sonradan Messi dizaltı vətərində diskomfort hiss etməyə başlayıb.
Bununla belə, klub əmin edir ki, Messinin aldığı xəsarət elə də ciddi deyil. Hücumçu bərpa prosedurlarından keçməli olacaq, lakin onun nə vaxt yaşıl meydanlara qayıdacağı bildirilmir.
Xatırladaq ki, 38 yaşlı Messi 2023-cü ildən Amerikanın “İnter Mayami” klubunun şərəfini qoruyur. Futbolçu ötən mövsüm MLS çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib.