Bakı. Trend:
La-Manş boğazını qanunsuz keçərək Böyük Britaniyaya daxil olan ilk miqrantlar London və Paris arasında əldə edilmiş yeni deportasiya razılaşması çərçivəsində saxlanılıblar.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, avqustun 6-da qüvvəyə minmiş pilot layihə çərçivəsində miqrantlar Dover limanında Böyük Britaniyanın Sərhəd Xidməti tərəfindən tutulublar.
Saxlanılan şəxslər immiqrasiya saxlama mərkəzlərinə yerləşdiriləcək və daha sonra Fransaya deportasiya olunacaqlar.