...

Tbilisidə İdman Sarayını əhatə edən binalardan birində güclü yanğın baş verib

Dünya xəbərləri Materials 10 Avqust 2025 17:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tbilisidə İdman Sarayını əhatə edən ərazidə yerləşən binalardan birində güclü yanğın başlayıb.

Trend xəbər verir ki, yanğın baş verən binadan insanlar təxliyə olunub.

Yanğın binanın bölmələrindən birində qeydə alınıb. Nazirliyin yanğınsöndürmə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və yanğının söndürülməsi üzrə işlər davam edir.

Hazırda xəsarət alanlar barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti