Bakı. Trend:
“Netflix” ABŞ-nin iri media holdinqi olan “Warner Bros. Discovery” şirkətini almaq imkanını nəzərdən keçirir.
Trend bu barəxə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, “Netflix” potensial təklifin qiymətləndirilməsi üçün “Moelis & Co “adlı investisiya bankını cəlb edib. Xidmət həmçinin müraciət təqdim etmək üçün tələb olunan maliyyə məlumatlarına da çıxış əldə edib.
Qeyd edək ki, “Warner Bros.” studiyası “Netflix” üçün bir çox məşhur seriallar istehsal edir. Bu biznesin ələ keçirilməsi xidmətə “Harry Potter” və “DC Comics” kimi populyar hekayələr və personajlar üzərində nəzarət imkanı verəcək.
 
                                    