Bakı. Trend:
Pakistan və Əfqanıstan nümayəndələri arasında sərhəddəki vəziyyəti həll etmək üçün aparılan son danışıqlar yenə də nəticə verməyib.
Trend-in məlumatına görə, bu barədə "Dawn" nəşri mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə 30 noyabrda Ər-Riyadda keçirilən Pakistan və Əfqanıstan arasında qapalı danışıqlarda iki ölkə arasında münasibətlərin normallaşmasında irəliləyiş əldə olunmayıb. İslamabad və Kabil heç bir çeviklik nümayiş etdirməyib və sərhədyanı terrorizm məsələsində güzəştə getməkdən imtina ediblər.
Qeyd edilib ki, Pakistan danışıqlar zamanı Səudiyyə Ərəbistanının Əfqanıstanla sərhəd ticarətini bərpa etmək təklifini rədd edib.
