Bakı. Trend:
Tailandın cənub əyalətlərində daşqınlarla bağlı fəsadlardan həlak olan insanların sayı 267 nəfərə yüksəlib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ən çox itki 160 minə yaxın əhalisi olan Haiti şəhərində qeydə alınıb. Haiti daşqınların ən çox ziyan vurduğu Sonqhla əyalətinin inzibati ərazisinə daxildir.
Xatırladaq ki, noyabrın 24-də təbii fəlakətlə, o cümlədən su səviyyəsinin sürətlə qalxması ilə əlaqədar Sonqhla əyalətində əhalinin təcili təxliyyəsi elan edilib.
