...

İndoneziyada təbii fəlakət qurbanlarının sayı 811-ə çatıb

Dünya xəbərləri Materials 3 Dekabr 2025 14:53 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında baş verən daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 811 nəfərə çatıb. İtkin düşənlərin sayı isə 623 nəfərdir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, İndoneziyada bir həftədən çox davam edən leysan yağışlar güclü daşqınlara yol açıb.Suların yaratdığı sellər yaşayış binalarını, yolları, infrastrukturu dağıdıb, xilasedicilərin yaşayış məntəqələrinə girişi çətinləşib.

Bundan əvvəl itki sayının 700 nəfər olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti