Bakı. Trend:
Avropa Komissiyası Avropa İttifaqının üzv dövlətlərinə 2026–2027-ci illər ərzində Rusiyanın müsadirə olunmuş aktivlərindən Ukraynaya 165 milyard avro ayrılmasına dair təklif göndərib
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, bu məbləğ avrozona ölkələrinin özəl banklarında dondurulmuş 25 milyard avroluq aktivlərdən və Belçikanın "Euroclear” hesablarında saxlanılan 140 milyard avrodan ibarətdir.
Belçikanın Baş naziri Bart de Vever Rusiya aktivləri ilə bağlı vəziyyəti şərh edərkən xatırladıb ki, keçmişdə hərbi münaqişələr zamanı ölkələrin suveren aktivləri təkcə döyüşlər başa çatana qədər bloklanırdı.
Həmçinin bu vəsaitlər, onların ilkin sahibi olan dövlət məğlub olurdusa, reparasiya kimi digər ölkəyə də verilə bilərdi. Lakin siyasətçinin fikrincə, Ukrayna münaqişəsində belə bir ssenarinin həyata keçmə ehtimalı son dərəcə aşağıdır.
